«Qarabağ» Kiyevdə tarix yazdı-VİDEO
24-10-2014, 08:35
Oxunub: 4 323
Bu gün Avropa Liqasının qrup mərhələsində III turun növbəti oyunları keçirilib
Qol.az-ın məlumatına görə, turnirdə yeganə təmsilçimiz olan «Qarabağ» klubu növbəti matçına çıxıb.
Ağdam təmsilçisi üçüncü görüşündə Ukraynada «Dnepr»in qonağı olub. İki oyundan sonra hər iki komandanın aktivində 1 xal olması matça olan marağı bir qədər də artırırdı.
Qarşılaşma komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbə ilə xalını 4-ə çatdıran “Qarabağ” turnir cədvəlində 2-ci pilləyə yüksəlib.
Qeyd edək ki, Qurban Qurbanovun komandası Kiyevdəki zəfərlə Azərbaycan futbolunda yeni tarix yazıb. Daha əvvəl — 2012/13 mövsümündə digər komandamız “Neftçi” Avroliqanın qrup mərhələsinə yüksəlsə də, qrupda qələbə qazana bilməmişdi. “Qarabağ” isə Avroliqanın qrupunda qələbə qazanan ilk Azərbaycan klubu oldu.
23 oktyabr
Avropa Liqasının qrup mərhələsi, III tur
00:05. «Dnepr» (Ukrayna) — «Qarabağ» (Azərbaycan) - 0:1
Qol: Muarem Muarem, 21 (0:1)
Hakimlər: Libor Kovarik, Kristof Menkl və Yan Patak (hamısı Çexiyadandır)
Kiyev. «Olimpiyski» stadionu.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər