Bakıda cibgirlərin “Baron”u həbs edildi-VİDEO
27-10-2014, 11:55
Oxunub: 3 746
Onun həyat yoldaşı da əvvəllər oğurluq və cibgirliyə görə məhkum olunub
Nizami rayon Polis İdarəsinin əməkdaşları əvvəllər qəsdən adam öldürmə və oğurluq maddələri ilə dəfələrlə məhkum olunan 1971-ci il təvəllüdlü Əmirov Sahib Əsgər oğlunu cibgirlik etdiyinə görə həbs ediblər.Bolgexeber.com bildirir ki, apa tv-nin məlumatına görə, Sumqayıt şəhər sakini həyat yoldaşı ilə bərabər tutulub. Sentyabrda rəsmi nikaha girən Əmirovun həyat yoldaşı da əvvəllər oğurluq və cibgirlik cinayətlərinə görə dəfələrlə məhkum olunub.
“Həyat yoldaşım da əvvəllər tutulub, cəzasını çəkib, çıxıb. Polislər bizi bir yerdə gördülər, yoldaşımı tanıdılar. Bir yerdə idik”.
Sahib Əmirov öz “həmkarı” ilə ailə qurmasının səbəbini belə izah edib: “Nə olsun ki, cibgirdir. Guya mən kiməm ki?”.
İstintaq araşdırması zamanı məlum olub ki , Sahib Əmirov 8 kilometr ərazisində cibgirlərin fəaliyyətinə nəzarət edənlərdən biri, kriminal aləmdə “cibgirlərin baronu” kimi tanınan şəxs olub. Saxlanılan zaman onun üstündən şəxsi istehlak miqdarından artıq heroin aşkarlanıb. Əmirovun sözlərinə görə, narkotik vasitələrdən ara-sıra istifadə edirmiş.
“Hərdən yeri gələndə istifadə etmişəm. Mən bu işin yolçusu deyiləm. Pul olanda iynə vururam”.
İdarənin istintaq şöbəsindən bildiriblər ki , oğurlanan əşyalar və narkotik vasitə Əmirovun üstündən çıxdığından həyat yoldaşı araşdırma bitənədək sərbəst buraxılacaq. Faktla bağlı oğurluq və narkotik vasitələri qanunsuz dövriyyəsi maddəsi ilə cinayət işi başlanıb.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər