BolgeXeber.Com » BÖLGƏ TV » Azərbaycan əsilli rus bəstəkar Yaroslav Semyonov Bakıda-VİDEO

Azərbaycan əsilli rus bəstəkar Yaroslav Semyonov Bakıda-VİDEO

30-10-2014, 17:15
Oxunub: 3 824 "Soruşan olanda deyirəm ki, milliyyətcə azərbaycanlıyam"

Bolgexeber.TV bildirir ki, Rusiyanın Kareliya Respublikasının Kostomukşa şəhərinin 58 yaşlı sakini Yaroslav Semyonov Azərbaycanda doğulub,gənclik illərini Sumqayıtda şəhərində keçirib.Azərbaycanı, adət-ənənələrimizi və musiqimizi çox sevən,Rusiyada yaşasa da özünü “34-cü kvartal uşağı” sayan Yaroslav Semyonov doğulduğu Sumqayıta, bir neçə mahnı da bəstələyib.
Yaşadığı Kostomukşa şəhərində müxtəlif növ tədbirlərdə,festivallarda,konsertlərdə çıxış edən həvəskar müğənni Yaroslav Semyonovun repertuarında həmçinin Bakı haqqında, Azərbaycan bəstəkarlarının mahnıları da var.Yaroslav Semyonov Bolgexeber.TV-nin müxbirinə Polad Bülbüloğlunun sənətinin və ifasının vurğunu olduğunu da bildirib. "Xüsusilə də "Gəl, ey səhər" mahnısını çox sevirəm. Azərbaycanı, vətənimi çox sevirəm. Soruşan olanda deyirəm ki, milliyyətcə azərbaycanlıyam", - Yaroslav deyib.Vaxtı ilə yaşadığı , ürəyində əziz xatirələr kimi saxladığı Sumqayıtı qarış-qarış gəzib onu videolentə alan, hal-hazırda təqaüddə olan ,yarıazərbaycanlı qonaq əməkdaşımıza bildirdi ki, səfərində Azərbaycanda gördüyü ,keçirdiyi xoş hisslər onu yeni mahnlar yazmağa sövq edir və artıq o, bu mahnıların cizgilərini buradaca çızmağa macal tapıb.

Kareliya bölgəsində, Finlandiya ilə sərhəddəki məkanda vətənimizi,onun müsiqisini mətbəxini ,adət-ənənlərini təbliğ edən Yaroslav Semyonovun dediyinə görə, Azərbaycanı özünə ana vətən sayır.

Onu da qeyd edək ki,o əvvəllər Sumqayıtda SK(indiki Sumqayıt Dövlət Musiqili Dram teatrı)klubunda musiqi kollektivində çıxış edib.Məhz Sumqayıta olan sevgisindəndir ki,onun “Odnoklassnik” dəki səhifəsi köhnə və təzə Sumqayıtın əks olunduğu fotolarla doludur.
Bolgexeber.TV