Bakıda yol çökdü, minlərlə maşın tıxacda qalıb –VİDEO
3-11-2014, 16:50
Oxunub: 3 848
Bakının Nizami rayonundakı Babək prospektində yol çöküb. Musavat.com-un verdiyi məlumata görə, “Xalqlar Dostluğu” metrostansiyası yaxınlığındakı körpünün əsas yolunda baş verən bu çöküntü səbəbindən avtomobillərin uzun tıxacı yaranıb.
“Baku Medical Plaza”nın qarşısında yolun tam ortası iki hissədə çöküb. Yolun çökməsi avtomobillərin hərəkətini iflic hala salıb. Bir neçə marşrut avtobusu da tıxacda qalıb.
Sürücü və sərnişinlər isə fəryad edirlər: “1 saatdır ki, burda qalmışıq. Belə şey olar? Bu körpünü bir-iki ildir ki, tikiblər. Yollara milyonlar xərcləyiblər. Amma çox keçmir ki, hamısı bərbad hala düşür. Əziyyət çəkənlər də biz oluruq”.
Tıxacda qalan taksi sürücülərindən biri çəkiliş apardığımızı görən kimi, şikayətini dilə gətirdi: “Bayaqdan tıxacdayıq. Xırda-xırda hərəkət edirik. Buna nə benzin çatar, nə də səbir... Maşında müştərim var idi, düşüb, getdi. Hə, mən indi nə edim? Yolları təmir edəndə günlərlə zülm çəkirik. Yenə də deyirik ki, cəhənnəmə ki, heç olmasa, yollar düzəlir. Təmir bitəndən sonra da həmin yol çökür, dağılır. Yenə də zülm çəkirik, tıxacda qalırıq. Nə dəyişdi?”
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər