BolgeXeber.Com » BÖLGƏ TV » Yol polisindən sürücüyə təhqir- “Silotka, cücə”+Video

Yol polisindən sürücüyə təhqir- “Silotka, cücə”+Video

4-11-2014, 09:35
Oxunub: 3 626 Cərimə meydançasına apardığı maşında telefonla danışan DYP əməkdaşı onu telefona çəkən sürücünü təhqir edib.


Bolgexeber.com avtosfer.az-a istinadən xəbər verir ki, avtomobili saxlayan yol polisi əməkdaşı onu cərimə meydançasına aparır. Maraqlısı budur ki, polis əməkdaşı maşını cərimə meydançasına aparmaq üçün özü sükan arxasına keçir. Sürücünü isə maşında əyləşdirir. Sürücü polis əməkdaşının bu hərəkətini telefonla çəkir. Maşını idarə edə-edə telefonla danışan polis əməkdaşı sürücünün onu lentə aldığını görür və telefonu ondan alır.

Bu zaman sürücü ilə polis əməkdaşı arasında başlanan mübahisə onlar maşından düşdükdən sonra da davam edir. Polis əməkdaşı telefonunu istəyən sürücüyə “gördün, maşını sürə-sürə telefonu əlindən necə aldım? Malış, cücə, silotka canın var, ağıllı ol» deyir.

Maraqlıdır, sükan arxasında mobil telefondan istifadə etməyin qadağan olunduğunu bilən yol polisi başqalarına bu cür nümuna göstərir. Xidməti avtomobildə olsaydı, başa düşmək olardı, yol polisi xidmət aparır və telefonla danışır. Amma başqasının avtomobilində oturub maşını hansısa qayda pozuntusuna görə cərimə meydançasına apararkən telefondan istifadə etmək düzgün deyil. Əgər bu telefon danışığı xidmətlə bağlı olsaydı, həmin polisi başa düşmək olardı.

Amma danışıqdan da aydın olur ki, DYP əməkdaşı evini təmir etdirir və ustalara telefonla göstəriş verir. Telefonla çəkildiyini görəndən sonra yol polisinin sürücüyə qarşı göstərdiyi münasibət, danışıq tərzi isə dövlət məmurunun danışıq tərzini yox, küçədə bir-biri ilə mübahisə edən intizamsız insanların danışığını xatırlıdır.