BolgeXeber.Com » BÖLGƏ TV » Bakının mədəniyyətdən kənarda qalan nəqliyyat mədəniyyəti-VIDEO

Bakının mədəniyyətdən kənarda qalan nəqliyyat mədəniyyəti-VIDEO

13-11-2014, 15:35
Oxunub: 3 932 Belə görünür ki, bizdə nəqliyyat mədəniyyətinin formalaşması təsəvvür etiyimizdən də uzun çəkəcək

İnkişaf edən ölkəmizdə bir çox problemlər var ki, öz həllini tapması uzun zaman alır... Bunlardan ən öndə gələni isə tıxaclar və avtobuslardakı basabasdı...Hansı ki,bu gunə kimi bu qlobal problem bir türlü çarəsini tapmır ki,tapmır!
Görduyunuz bu mənzərə yəqin ki,çoxlarınıza tanışdır...Demək olar ki, eyni vəziyyətlə hər gün rastlaşırıq! Dayanacaqda saatlarla avtobus gozləyən kim, avtobuslarda ust-ustə yəni el diliylə desək “mehribanlaşıb” gedən kim, bir-birlərini təhqir edən kim... Bir sözlə ürək ağrıdıcı mənzərədir!

Bolgexeber TV olaraq məsələ ilə bağlı “20 yanvar” stansiyası ərazisinə işləyən 130 və 167 nomrəli avtobusların sürücülərini və sərnişinləri ilə söhbətləşib məsələnin nə yerdə olduğunu aydınlaşdırmaq qərarına gəldik... 167 nömrəli avtobusun sərnişinləri dərdlərini deməyə adam axtarırlarmış kimi, bizi görən kimi sanki urəkləri açıldı...Sərnişinlər bildirdilər ki, “hər gün eyni vəziyyətlə qarşılaşmaqdan bezdik, belə biabirçılıq olmaz. tez bir zamanda buna bir əlac tapılsın!”
Məsələylə bağlı 167 nomreli avtobuslara nəzaret edən dispetçeri dindirmək istədik, ancaq kameramızın önunə çıxıb bizə musahibə verməyə dispetçerin casərəti çatmadı... !
Onlardan fərqli olaraq isə 91, 92 və 130 nömrəli avtobusların sürücüləri eləcə də kalon rəislərinin məsələyə munasibətlərini öyrənə bildik!
Hər halda bu məsələ burada bitmir...Bu kimi problemər öz həllini tapmayınca avtobuslardakı bu mehribancılıgı və mehribancılıqdan irəli gələn insanların bir-birini təhir etməsini, avtobusların saatlarla gecikməsini hələ çox görəcəyik! Cünki belə görünür ki, bizdə nəqliyyat mədəniyyətinin formalaşması təsəvvür etiyimizdən də uzun çəkəcək.

Orxan Yusifoğlu
Aytən Yaşar
Anar Həsənov
Bolgexeber TV