Bakının mərkəzində “avtoş” DYP ilə qovdu-qaçdı oynadı - VİDEO
19-11-2014, 17:10
Oxunub: 4 239
Sürücü bu cür “qəhrəmanlığı” lentə almaq qərarına gəlib.
Sosial şəbəkələrdə “avtoş”un DYP əməkdaşı ilə necə qovdu-qaçdı oynadığı görüntülər yayılıb.
Oxu.Az xəbər verir ki, Bakının Nəsimi rayonu ərazisində sürücüsü məlum olmayan avtomobil, 10 YP 530 dövlət nömrə nişanlı “BMW” markalı avtomobildə olan DYP əməkdaşları tərəfindən “saxla” əmrinə tabe olmayaraq qaçıb.
Avtomobilin sürücüsü çox sayda yol qayda pozuntusu törədərək onu təqib edən DYP avtomobilindən qaçmağa müvəffəq olub.
Sürücü bu cür “qəhrəmanlığı” lentə almaq qərarına gəlib və yaymağa başlayıb.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 296-1. maddəsinə əsasən avtoxuliqanlığa görə nəqliyyat vasitələrini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər