BolgeXeber.Com » BÖLGƏ TV » Göyçay rayon prokurorunun köməkçisi "Mercedes"də yanaraq ölüb

Göyçay rayon prokurorunun köməkçisi "Mercedes"də yanaraq ölüb

19-01-2015, 17:50
Oxunub: 4 095 Azəbaycanda dəhşətli qəza

Baş prokurorluğdan Bolgexeber.com-a verilən məlumata görə yanvarın 19-da saat 09 radələrində Bakı-Qazax avtomobil yolunun Ucar rayonunun Müsüslü kəndi ərazisində 1978-ci il təvəllüdlü Göyçay rayon sakini Qasımov Taryel Şahkərəm oğlunun Bakı istiqamətində idarə etdiyi beton qarışdıran yük avtomobili ilə 1962-ci il təvəllüdlü Bakı şəhər sakini Salahov Ehtiram Əkrəm oğlunun Qazax istiqamətində idarə etdiyi “Mersedes Benz E 270” markalı avtomobilin toqquşması zamanı minik avtomobili tamamilə, yük avtomobilinin isə qabaq hissəsi yanmışdır.

Hadisə nəticəsində minik avtomobilinin sürücüsü E.Salahov və həmin avtomobildə olan sərnişin Göyçay rayon prokurorunun böyük köməkçisi Qurbanov Emin Natiq oğlu ölmüş, yük avtomobilinin sürücüsü T.Qasımov isə xəsarət almışdır.

Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış və müvafiq ekspertizalar təyin edilmişdir.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Bolgexeber.com