Qaçın, avtobus gəlir – Daha bir biabırçılıq - VİDEO
22-01-2015, 10:40
Oxunub: 4 633
Bakıda sərnişin avtobusu əks istiqamətli hərəkət zolağına çıxmaqla qəza şəraiti yaradıb
Videokadrlardan göründüyü kimi, 88 saylı xətt avtobusu ötmə əməliyyatını yerinə yetirərkən yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Avtobus əks istiqamətli hərəkət zolağına çıxaraq sürətlə hərəkət edir və qəza şəraiti yaradır. Özünün, sərnişinlərin, eləcə də digər yol hərəkəti iştirakçılarının həyatını təhlükəyə atan sürücü avtobusu onunla qarşı-qarşı gələn minik avtomobili ilə toqquşmadan son anda yayındıra bilir və heç nə olmamış kimi hərəkətinə davam edir.
Qeyd edək ki, hadisə Bakının Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsində, Bakı Tennis Akademiyasının və 248 nömrəli orta məktəbin qarşısında baş verib.
Xatırladaq ki, ötən il Bakıda avtobusların iştirakı ilə 48 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 12 nəfər ölüb, 49 nəfər xəsarət alıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər