Direktoru zibil qabına basdılar (VİDEO)
22-01-2015, 13:25
Oxunub: 3 884
Zibil qabına salınan salınan direktor yumurta atəşinə tutulub
Dünya Ukraynada daha bir məmur zibil qabına salınıb. Bu dəfə Dnepropetrovsk opera və balet teatrının direktoru xalqın qəzəbinbə tuş gəlib.
Bir neçə nəfər Aleksandr Şarovarovun kabinetinə giriblər. Onların arasında bir müddət öncə işdən çıxarılan həmin teatrın əməkdaşları da olub. Onlar binanın fasadında Ukrayna bayrağı olmamasını əsas gətirərək direktorun istefasını tələb ediblər. Daha sonra direktorun otağından Rusiya bayrağı tapılıb. Bundan sonra vəziyyət daha da gərginləşib.
Bir neçə saniyədən sonra əsəbi kütlə "Rüsvayçılıq" qışqıraraq direktoru teatr binasından çıxarıb və yaxınlıqdakı zibil qabına salıblar. Bununla da ürəyi soyumayan şəxslər ona yumurta atıblar.
Faktla bağlı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.
Bəzi nümayişçilər Xarkovdada eyni aksiyanı həyata keçirməyə cəhd etsə də polis onların qarşısını ala bilib.
Qeyd edək ki, Ukraynada məmurların zibil qabına atılması aksiyası daha öncədə olub. Sentyabr ayında Odessanın sağ sektorunun fəalları müvəqqəti məşğuliyyətin itirənlər üçün Sosial sığorta Fondunun bölgə şöbəsinin direktor vəzifəsini icra edən Oleq Rudenkoya baş çəkiblər. Onlar rüşvətxorluqda ittiham edilən məmuru küçədə qoyulan iri zibil yeşiyinə salıblar.
ans
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər