BolgeXeber.Com » BÖLGƏ TV » Müğənni bacılar milli pulumuzu belə təhqir etdi — VİDEO

Müğənni bacılar milli pulumuzu belə təhqir etdi — VİDEO

23-01-2015, 15:05
Oxunub: 4 324 Sevinc və Sevil adlı əkiz bacı olan müğənnilər canlı efirdə milli valyutamız olan manatı cırarq ayaqlar altına atıblar

Bolgexeber.com xəbər verir ki, Xəzər Televiziyasının canlı edirində səhər verilişi aparan bacılardan biri mahnı oxuyarkən, digər bacı operatordan 1 manatlıq əskinası alaraq ona uzadır. Mahnı oxuyan bacı isə həmin pulu cıraraq ayaqlar altına atır. Mahnını oxuyub qurtardıqdan sonra isə, “mənim operatorum hələ də 1 manatın dərdini çəkir, ona bir manatı qaytarın, yoxsa bayaqdan göz yaşları selə dönüb. Yaxşı ki, 100 manat verməyib, ürəyində qalardı” – deyərək, utancverici hərəkətini gülüşlə izah edib.Bolgexeber.com həmin videonu təqdim edir: