BolgeXeber.Com » BÖLGƏ TV » Suraxanıda Milli Qəhrəmana qarşı hörmətsizlik-FOTO,VİDEO

Suraxanıda Milli Qəhrəmana qarşı hörmətsizlik-FOTO,VİDEO

27-01-2015, 17:05
Oxunub: 3 800 Milli Qəhrəman Cavanşir Rəşhimovun adına olan park bərbad gündədir

Azərbaycanda son illər rayonlarda abadlıq və yenidənqurma adı altında həyata keçirilən pulsilmə kampaniyası yerli İcra Hakimiyyətlərinin gözünü o qədər tutub ki, onlar nəyin düz, nəyin əyri olduğunun fərqinə belə varmırlar. Elə bu səbəbdəndir ki, bu gün inşa edilən, yenilənən məkanları bir aydan sonra viran gündə görmək olar.

BTV(Bolgexeber.TV) xəbər verir ki, bu tikinti işləri adətən parkları və yolları əhatə etdiyindən diqqəti də ən çox bu sahə çəkir. Necə ki, Suraxanıda üzləşdiyimiz mənzərə kimi. Rayonun Qaraçuxur qəsəbəsində Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimovun adına park var. Qax rayonunda doğulan Milli Qəhrəman bütün həyatını sözügedən qəsəbədə keçirib. Elə Qarabağ savaşına da Suraxanı rayonundan gedib. Döyüşlərdən birində isə qəhrəmancasına şəhid olub.

Onun adını əbədiləşdirmək üçün yaşadığı Qaraçuxur qəsəbəsində park salınıb. Cavanşir Rəşimov parkının bugünkü vəziyyəti isə ürəkağrıdıcıdır. Daha doğrusu, rayon rəhbərliyinin şəhid adına bu şəkildə hörmətsizlik etməsi heç bir halda başadüşülən deyil. Ən azından, elə də böyük olmayan bu parkı təmir edib, camaatın istifadəsinə vermək mümkün idi. Amma edilməyib…

Camaat isə bildirir ki, Suraxanı rayonunun rəhbərliyinin hərəkəti şəhid adına hörmətsizlik və sayğısızlıqdır. Onların sözlərinə görə, Cavanşir Rəhimovun adına olan park hər şeydən əvvəl təmir edilməlidi. BTV-nin(Bolgexeber.TV) Qaraçuxur qəsəbəsindən məsələ ilə bağlı hazırladığı videoreportajı təqdim edirik:



Bolgexeber.com