Ağsu sakini 2-ci qrup əlil ölkə başçısından imdad diləyib-VİDEO
28-01-2015, 14:30
Oxunub: 4 677
İcra hakimiyyətinin birinci müavini Rasim Novruzov “get nə istəyirsən, kimə şikayət edirsən et” deyərək onu hədələyib
Dəfələrlə BTV-yə(Bolgexeber.TV)sosial yardım ala bilməməsi ilə bağlı şikayətini bildirən Ağsu rayon sakini 2-ci qrup əlil Şənlik Hüseynov yenidən bizlə əlaqə saxlayaraq bildirdi ki, artıq ona rayonda rahat gəzməyə belə imkan vermirlər. Şənlik Hüseynov Ağsu rayon İcra hakimiyyətinin birinci müavini Rasim Novruzovun onu yanına çağıraraq ona təzyiqlər etdiyini bildirdi. O qeyd etdi ki, Rasim Novruzov “get nə istəyirsən, kimə şikayət edirsən et” deyərək onu hədələyib.
Artıq həyatından bezdiyini deyən Şənlik Hüseynov ölkə başçısının məmurlara xəbərdarlığına belə məhəl qoymayan Ağsu Rayon İcra hakimiyyətinin vəzifəlilərinin öz istədikləri etdiyini qeyd edib. Daha sonra ailəsi ilə birlikdə prezident aparatının qarşısına gəlib orada prezidentdən kömək istəyəcəyini bildirən Şənlik Hüseynov son ümidinin bu olduğunu vurğuladı. Məsələ ilə bağlı Ağsu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdimiz boşa çıxdı. Mövzunu diqqətdə saxlayacağıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər