BolgeXeber.Com » BÖLGƏ TV » "Aztelekom"un şöbə rəisi şikayətçiyə hədə-qorxu gəldi-VİDEO

"Aztelekom"un şöbə rəisi şikayətçiyə hədə-qorxu gəldi-VİDEO

2-02-2015, 21:30
Oxunub: 3 783 "Sən bizim barəmizdə şikayət etməklə həyatının ən böyük səhvini etdin"

Bolgexeber.com bildirir ki, xatırlayırsınızsa bir neçə gün bundan öncə Astara rayon Telekommunikasiya idarəsində elektrik ustası kimi işləyən Mirşahin Həsənovun və onun kimi yetmişə yaxın digər işçilər əmək haqlarını ala bilməmələri barədə sujet hazırlamışdıq. Adıçəkilən şikayətçi sujet efirə getdikdən sonra yenidən bizimlə əlaqə saxladı. Bu dəfə isə o bildirdi ki, sujet efirə getdikdən sonra Aztelekomun maliyyə şöbəsi rəisi Faiq Cəfərov məni işdən çıxaracağı ilə bağlı tapşırıq verib. Belə ki,adıçəkilən şəxs sən bizim barəmizdə şikayət etməklə həyatının ən böyük səhvini etdin.Ona görə də,indi işsiz qalacaqsan deyərək şikayətçini hədələyib.
Ətraflı BTV-nin (Bolgexeber.TV) hazırladığı videoreportajda: