BolgeXeber.Com » BÖLGƏ TV » 3-cü qrup əlildən Ramiz Zeynalova ağır ittiham-VİDEO

3-cü qrup əlildən Ramiz Zeynalova ağır ittiham-VİDEO

4-02-2015, 09:25
Oxunub: 5 181 Bütün ömrünü dövləti üçün çalışıb vuruşduğunu deyən Qurbanxan kişi indi bir nömrə almaqda çətinlik çəkir.

BTV(Bolgexeber.TV) bildirir ki, Şirvan şəhər sakini Qurbanxan Dəmirov oğlu üçün aldığı maşına nömrə ala bilmir.O,dəfələrlə bununla bağlı aidiyyətı orqanlara şikayət edib ancaq istəyinə çata bilməyib.Şikayətçi düz bir il bundan öncə xaricdən övladı üçün bir maşin alıb,ancaq bir ildir növbədə durmasına baxmayaraq ona nömrə verilmir. Adıçəkilən şəxs deyir ki, “mən DİN Baş DYP İdarəsinin rəisi, polis general – mayoru Ramiz Zeynalovun qəbuluna düşüb nömrə almaq istəyirəm, ancaq o məni qəbul etmir.”
Bütün ömrünü dövləti üçün çalışıb vuruşduğunu deyən Qurbanxan kişi indi bir nömrə almaqda çətinlik çəkir.
Biz də məsələyə aydinlıq gətirmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev ilə əlaqə yaratmaq istədik. Ancaq etdiyimiz bütün cəhdlərə baxmayaraq zənglərimiz cavabsız qaldı.
Hər halda bu yaşa qədər ömrünü dövlət üçün sərf edən adama bir nömrə vermək ele də qəliz məsələ deyil. İnanırıq ki,aidiyyətı qurumlar məsələyə tez bir zamanda aydınlıq gətirəcəklər!
Aytən Yaşar
BTV(Bolgexeber.TV)