BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda 3D çap texnologiyalarına aid konfrans keçirildi-VIDEO
Bakıda 3D çap texnologiyalarına aid konfrans keçirildi-VIDEO
13-02-2015, 12:15
Oxunub: 4 156Konfransda Rusiyanın, Azərbaycanın, Türkiyənin, Avropanın və ABŞ-dan gələn iştirakçıların müxtəlif çap texnikaları nümayiş etdirildi
Dünən Bakıda 3D çap texnologiyalarına həsr olunmuş konfrans kecirilib. Bolgexeber.TV xəbər verir ki, konfransda müxtəlif ölkələrdən 20-dən çox şirkət öz 3D printerləri və işlərini nümayiş etdirdi Tədbir çərçivəsində printer və skanerlərin müxtəlif modelləri təqdim edildi Sərgidə 3D printerlərdən tibb, zərgərlik, memarlıq və digər sahələrdə istifadə, 3D texnologiyalarının Azərbaycanda təhsil və elmin inkişafına təsiri kimi məsələlər müzakirə olundu. Konfransda Rusiyanın, Azərbaycanın, Türkiyənin, Avropanın və ABŞ-dan gələn iştirakçıların müxtəlif çap texnikaları nümayiş etdirildi. Hər kəsin marağına səbəb olan ilk yerli istehsal da diqqət mərkəzində oldu Qeyd edək ki, 3D çap texnologiyası kompüterdə məmulatın 3D modelini yaratmağa və qısa vaxt ərzində sifariş edilən parametrlərə cavab verən mükəmməl fiziki obyekt əldə etməyə imkan verir. Bolgexeber.com