BolgeXeber.Com » BÖLGƏ TV » “Bu cür düşük, səviyyəsiz adamların efiri zəbt etməsi böyük biabırçılıqdır” – VİDEO

“Bu cür düşük, səviyyəsiz adamların efiri zəbt etməsi böyük biabırçılıqdır” – VİDEO

14-02-2015, 10:45
Oxunub: 7 056 Röya Ayxanın efirə biabırçı və demək olar ki, lüt şəkildə çıxması cəmiyyətdə hiddətlə qarşılanıb

Bolgexeber.com xəbər verir ki, moderator.az saytı bu rəzalətə reaksiya tələb edən oxucuların çoxsaylı xahişi ilə tanınmış şəxslərdən baş verənlərə münasibət öyrənməyi qərara alıb. İlk olaraq tanınmış teletənqidçi, professor Qulu Məhərrəmliyə müraciət edilib və onun mövqeyini təqdim edirik:

"İndi vəziyyət o yerə gəlib çatıb ki, biz ekranda gedən verilişlərin məzmununu, cəmiyyətin dərdlərini nə dərəcədə əks etdirməsini, milli problemlərə necə yanaşmasını, mürəkkəb geosiyasi vəziyyətdə bizi gözləyən təhlükələrdən necə yaxa qurtaracağımızı, verilişlərin peşəkarlıq səviyyəsini bir tərəfə qoyub, bəzi dar düşüncəli, özünü kamera qarşısında idarə edə bilməyən, geyiminə, danışığına diqqət yetirməyən şou əhlinin davranışlarını müzakirə edirik. Bu cür düşük, səviyyəsiz və bayağı adamların efiri zəbt etməsi böyük biabırçılıqdır. Bəzən müğənnilər və hətta bəzi xanım aparıcılar elə formada ekrana çıxır, elə jestlər edirlər ki, başa düşmürsən, bunlar televiziya studiyasına çəkilişə gəliblər, yoxsa "qırmızı fanarlar" küçəsində vitrinə çıxmağa?

Bu adamlar üçün meydan o qədər genişlənib ki, onlar geyim və davranış məsələsində özəl televiziyaların rəhbərləri qarşısında şərtlər də qoya bilirlər. Ona görə bəzən kanal rəhbərlərini qınamaq olmur, reklam asılılığı ciddi güzəştlər tələb edir. Məncə səviyyəli müğənninin soyunmağa, erotik davranışa ehtiyacı yoxdur, bu kimi jestlər dayazlığı ört-basdır etmək üçün kara gəlir. Bəzi dayaz media qurumlarının bu müğənniləri reklam etməsi də öz mənfi təsirini göstərir. Amma bütün bunlarla yanaşı, həm televiziya rəhbərləri, həm də MTRŞ açıq-saçıq geyimlə bağlı ortaya kəskin mövqe qoymalıdır."
Bolgexeber.com