BolgeXeber.Com » BÖLGƏ TV » "Təzə Bazar"dakı intiharla bağlı ŞOK İDDİA - VİDEO

"Təzə Bazar"dakı intiharla bağlı ŞOK İDDİA - VİDEO

21-02-2015, 13:48
Oxunub: 2 761 "Təzə Bazar"dakı intiharla bağlı ŞOK İDDİA - VİDEOBakıda intihar hadisəsi baş verib

BOLGEXEBER.COM lent.az-a istinadən bildirir ki, 1986-cı il təvəllüdlü Hacıyev Şahin Namizəd oğlu "Bakı Mərkəzi Bazar"da adlanan ticarət mərkəzində zəhərli məhlul içərək özünü zəhərləyib. Ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılan 29 yaşlı oğlanın həyatına xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, bəzi KİV-lər hadisənin "Təzə bazar"da baş verdiyini yazır. Lakin xatırladırıq ki, məhkəmənin qərarı ilə adı çəkilən ticarət mərkəzi iki hissəyə ayrılıb və məhz məlum intihar hadisəsi baş verən bazar iş adamı Vaqif Şıxəliyevə məxsusdur, hadisə də bu ərazidə olub.
İntiharın səbəbləri ilə bağlı fakt tərəfimizdən araşdırılır. Tezliklə şok məlumat təqdim edəcəyik.
Onu da qeyd edək ki, bu bazarda ötən il qanunsuz tikinti aparılarkən bir nəfərin başına daş düşmüşdü və həmin şəxs ölmüşdü. "Təzadlar" bu hadisənin motivlərini də ciddi araşdırmışdı... Nəsimi rayon Prokurorluğu bu işi sonadək araşdırıb günahkarları məsuliyyətə cəlb etmədi... Sonra Space-TV-də bu barədə maraqlı bir sujet də efirə verilmişdi. Həmin videonu təqdim edirik: