Həbs olunan islamçının nifrini hal şahidini tutdu
20-12-2011, 14:35
Oxunub: 8 088
Seyid Fəramizin üzünə duran keçmiş məktəb direktoru dəli oldu
Artıq 1 ilə yaxındır ki, saxta ittihamla həbs olunan və məhkəmə qərarı ilə 11 il azadlıqdan məhrum edilən Masallının tanınmış ruhanisi Seyid Fəramiz Abbasov məhkəmə zamanı etdiyi nifrin öz yerini tapıb. Bolgexeber.com xəbər verir ki, bu barədə tia.az saytına Seyid Fəramizin yaxınları məlumat verib.
Onların bildirdiyinə görə, bir vaxtlar Xıl kəndində məktəb direktoru Məmməd müəllim olan şəxs Seyyid Fəramiz həbs olunan zaman onun əleyhinə təbliğat aparmış və “yuxarıların” göstərişini canla-başla yerinə yetirirmiş.
Hətta məhkəməyə “müəllim” qismində şahidlərin cəlb edilməsində canfəşanlıq göstərmişdi. Müxtəlif mətbuat orqanlarına hacı haqqında yalan məlumatlar verir onun günahkar olduğunu “sübuta yetirənlərə” ciddi dəstək olurdu. Məhkəmə zamanı Seyyid Fəramiz bu adamın əməllərini biləndə demişdi ki, “Allahdan istəyirəm ki, onun ömrünü uzatsın, ağlını alsın.”
Təhsil Nazirliyinin yaş senzinə görə çıxardığı məktəb direktorlarının siyahısına düşən "kişinin" indi başına hava gəlib. Bütün günü küçədə sağa-sola qaçaraq “mənim peçatım hanı, peçatımı verin, kağıza qol çəkmişəm peçat vurmalıyam” deyir.
Qeyd edək ki, Seyid Fəramiz məhkəmənin son çıxışında demişdi ki, “bu saxta ittihamlarla bizi həbs edənlərin hamısının aqibətini öz gözlərimlə görməsəm, bu saqqalı və əmmaməni saxlamaram...”
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər