BolgeXeber.Com » BÖLGƏ TV » Bu da bizim nümunəvi yol polisi; sürücü susdu – VİDEO

Bu da bizim nümunəvi yol polisi; sürücü susdu – VİDEO

21-02-2015, 19:09
Oxunub: 3 063 Bu da bizim nümunəvi yol polisi; sürücü susdu – VİDEOQayda pozan sürücü nə qədər hay-küy salsa da, törətdiyi xəta ilə razılaşdı

Avtosfer.az bu dəfə nümunəvi yol polisi əməkdaşının videosunu təqdim edir. Video bir müddət əvvəl sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub. Videodan aydın olur ki, sürücü qayda pozuntusuna yol versə də, sadəcə, hay-küylə nəyəsə etiraz etməyə çalışır. Lakin yol polisi əməkdaşı çox səliqəli və aydın şəkildə özünü ona təqdim edir, qayda pozuntusuna dair izahat verir və sürücü də onunla razılaşır. Lakin sürücü son anda yenə də nəyəsə etiraz etmək istədiyini bildirdikdə yol polisi inspektoru ona bu hüquqları barədə də geniş izahat verib tam qanuni şəkildə davranır…

Kaş ki, bütün yol polisi əməkdaşları bu videodakı inspektor kimi səbrli, təmkinli, savadlı və mülayim olaydı. Eyni zamanda, hazırlıqlı olmaq da vacib şərtdir. Lakin burada dava-dalaşa, şər-böhtana yox, qanunla hərəkət etməyə hazırlıqdan söhbət gedir.

BOLGEXEBER.COM nümunəvi davarınışı ilə cəmiyyətlə rəğbət qazanan yol polisinin videosunu təqdim edir.