BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda Novruz yarmarkaları təşkil ediləcək-VİDEO

Bakıda Novruz yarmarkaları təşkil ediləcək-VİDEO

10-03-2015, 17:24
Oxunub: 2 836  Bakıda Novruz yarmarkaları təşkil ediləcək-VİDEONovruz bayramı ilə əlaqədar Bakı şəhərində satış yarmarkalar təşkil ediləcək

14-19 martda keçiriləcək yarmarkalar Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə həyata keçiriləcək. Biz də BTV olaraq daha ətraflı məlumat almaq məqsədilə kənd təsərrüfatı nazirliyi ilə əlaqə saxladıq. Suallarımızı nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev cavablandırıb. Onun sözlərinə görə yarmarkanın keçirilməsində məqsəd əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının ödənilməsi və seçim imkanlarının artırılmasıdır .Nazirlik rəsmisi onu da bildirib ki ,yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunacaq. Onlar satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Qeyd edək ki,yarmarkaların keçiriləcəyi ünvanlar barədə əlavə məlumat veriləcək .

BOLGEXEBER.COM