BolgeXeber.Com » BÖLGƏ TV » Keçmiş OMON-çularla bağlı ölkə başçısına müraciət edilib-VİDEO

Keçmiş OMON-çularla bağlı ölkə başçısına müraciət edilib-VİDEO

12-03-2015, 15:12
Oxunub: 11 294 Keçmiş OMON-çularla bağlı ölkə başçısına müraciət edilib-VİDEOMəlumdur ki , artıq 1995-ci il OMON hadisələrinin 20 ili tamam olacaq. Hadisənin səbəbkarlarının demək olar ki , hamısı qanun qarşısında cavab verərək cinayət məsuliyyətinə cəlb edilib və ömürlük həbs cəzası alıb.Cəzasını çəkənlərin demək olar hamısı daha sonra əfv fərmanilə azadlığa çıxıb.Lakin 3 nəfər – Elçin Əmiraslanov , Arif Kazımov və Səfa Poladov artıq 18 ildir ki, həbsdədir və sağlamlıqları təhlükə altındadır. Bu səbəbdən Beynəlxalq Mətbuat Mərkəzində konfrans keçirilib və onların azadlığa buraxılması üçün ölkə başçısına müraciət olunub. BTV bildirir ki, keçmiş OMON-çu komandir Nizami Şahmuradov çıxış edərkən söyləyib ki, səhvsiz insan yoxdur və hər biri bu hadisələrə görə cəzasını çəkib . O , Prezidentə müraciət edərək xahiş edib ki, qalan 3 məhbusu da əfv etsin. Konfransda həmçinin Qarabağ əlilləri də iştirak edib. Onlar tədbirə dəstək üçün gəldiklərini bildirib və cənab prezindetdən digər 3 məhbusu da əfv etməsini xahiş edib.
BOLGEXEBER.COM