BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda sürücü yol polisinin üstünə bıçaq çıxartdı - Video

Bakıda sürücü yol polisinin üstünə bıçaq çıxartdı - Video

17-03-2015, 15:26
Oxunub: 5 014 Bakıda sürücü yol polisinin üstünə bıçaq çıxartdı - VideoBakıda yol polislərinin üstünə bıçaq çıxaran şəxs saxlanılıb. Report-un məlumatına görə, hadisə Azadlıq prospektinin M.Ə.Rəsulzadə qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Nissan" markalı avtomobillə hərəkət edən sürücü yol polisləri ilə mübahisə edib və onlara bıçaqla hədə-qorxu gələrək hadisə yerindən qaçmaq istəyib. Sürücünü təqib edən yol polisləri onu Binəqədi rayonu ərazisində - Əhməd Rəcəbli küçəsində saxlamağa nail olublar. Saxlanılan zaman avtomobildən sürücünün polislərə hədə-qorxu gələn zaman istifadə etdiyi bıçaq da aşkarlanıb. Bundan sonra sürücü şəxsiyyətinin dəqiqləşdirilməsi üçün Binəqədi Rayon Polis İdarəsinə aparılıb. Hadisə ilə bağlı araşdırma aparılır.