BolgeXeber.Com » BÖLGƏ TV » Çörək sexində biabırçılıq (VİDEO)

Çörək sexində biabırçılıq (VİDEO)

18-03-2015, 15:49
Oxunub: 3 795 Çörək sexində biabırçılıq (VİDEO)Bayram qabaği ölkə ərazisnidcə fəliyyət göstərən şirniyyat sexlərinin də müəyyən nöqsanlari üzə çıxmağa başlayib.

ANS TV-nin məlumatına görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Şəki ərazi İdarəsinin əməkdaşları Zaqatala rayonunda yoxlamalar aparıb. Yoxlama zamanı Xədicə Balayevaya məxsus çörək sexində və Balakən rayonunda Tamara Muqumayevaya məxsus şirniyyat sexində gigiyenik və uyğunluq sertifikatlarının olmamaması ilə rastlaşıblar. Bununla yanaşı istehsal olunan məhsulların dövri sınaqlar üçün təqdim olunmaması, ölçü vasitələri müqayisəli yoxlamadan keçirilmədən istifadə olunması da üzə çıxıb. Hələ bu azmış kimi sexdə hazır məhsulun saxlanması üçün ayrıca bölmələrin olmaması, markalanma, saxlanma və daşınma qaydalarının pozulması halları qeydə alınıb.

Aşkarlanmış pozuntularla bağlı sex sahiblərinə nöqsanların aradan qaldırılması barədə şifahi xəbərdarlıq olunub. Nöqsanların aradan qaldırılması üçün vaxt verilib.