BolgeXeber.Com » BÖLGƏ TV » Azərbaycanda +16 kino çəkildi (VİDEO)

Azərbaycanda +16 kino çəkildi (VİDEO)

24-03-2015, 15:15
Oxunub: 4 867 Azərbaycanda +16 kino çəkildi (VİDEO)Yataq səhnələrində dublyorlar çəkilib


Musavat.com-un məlumatına görə, "Arzuların ardınca" adlanan tammetrajlı film kinosevərlərə aprel ayında təqdim olunacaq.

Filmin ssenari müəllifi Mehman Rəsulov, quruluşçu rejissoru Ramil Ağasiyev, operatoru Şahmar Səfəroğlu, quruluşçu rəssam Elgün Vəliyev, ikinci rejissor və prodüser Asif Rəhimov, texniki direktor Nicat Zeynallıdır. Baş rolları xalq artisti Vaqif Əsədov, Ziya Ağa, Zarina Qurbanova, Rasim Cəfər, Flora Hüseynova və digər aktyorlar çəkiliblər.

“Arzuların ardınca” adlı bu ekran əsəri melodrama janrında çəkilib. Sevgi və ailə-məişət mövzusunda olan film gənc oğlanın həyatından bəhs edir. Hələ uşaq ikən atası tərəfindən atılmış Kamil tənha həyatını yaşayır. Öz balaca fotostudiyasında işləyən Kamil insanlara qarşı soyuqdur və onun yeganə təsəllisi ötəri tanışlıqlardır. Vaxtsız xəstəlik Kamilin plansız həyatını alt-üst edir. Bu vəziyyətdə sevgilisi onu atıb gedir. Xəstəxanada xərçəng xəstəliyinə tutulduğunu öyrənən Kamilin Arzu ilə görüşü yeni həyatın başlanğıcı olur. Filmin süjet xəttində gərgin hadisələr məhz bundan sonra başlayır.

Ssenari müəllifi filmin süjet xəttinin xərçəng xəstəsi olan insanların fikirlərini insanlara çatdırmaqdan ibarət olduğunu deyir. Yəni xərçəng xəstəsi olan insanlarda inam, ümid yartamaqdır.

Yataq səhnələri olduğu üçün film 18 yaşdan yuxarı kateqoriya üçün nəzərdə tutulub. Yataq səhnələrində dublyorlar çəkilib.
BOLGEXEBER.COM