BolgeXeber.Com » BÖLGƏ TV » Sumqayıt icra başçısından şikayət edən vətəndaşa dəli damğası vuruldu-VİDEO

Sumqayıt icra başçısından şikayət edən vətəndaşa dəli damğası vuruldu-VİDEO

6-04-2015, 13:01
Oxunub: 3 711 Sumqayıt icra başçısından şikayət edən vətəndaşa dəli damğası vuruldu-VİDEO Sumqayıt icra hakimiyyətini məhkəməyə verdiyinə görə şəhər İcra Hakimiyyəti tərəfindən şikayətçiyə qarşı təzyiqlər edilməyə başlanıb

Ötən süjetlərimizin birində Sumqayıtda ağacların kəsilməsilə bağlı xəbər vermişdik. Bu problemlə bağlı Sumqayıt şəhər sakini Anar Süleymanov BTV-yə şikayət ünvanlamışdı. Bu dəfə isə Anar Süleymanov tamam fəqli bir məsələ ilə bağlı bizə müraciət edib. Onun sözlərinə görə ağacların kəsilməsilə bağlı etdiyi şikayətdən və bu səbəblə Sumqayıt icra hakimiyyətini məhkəməyə verdiyinə görə şəhər İcra Hakimiyyəti tərəfindən ona qarşı təzyiqlər edilməyə başlanıb . BTV olaraq bu məsələni diqqətdə saxlayaraq , nəzərinizə çatdıracıq.
BOLGEXEBER.COM