BolgeXeber.Com » BÖLGƏ TV » Ağsu sakinlərinin şikayətlərinə baxılmır-VİDEO

Ağsu sakinlərinin şikayətlərinə baxılmır-VİDEO

6-04-2015, 22:19
Oxunub: 3 890 Ağsu sakinlərinin şikayətlərinə baxılmır-VİDEO"Qazımız yox,işığımız yox,yolumuz yox.Harada müraciət edirik xeyri yoxdur"

Ağsu sakinlərinin BTV-yə göndərdiyi şikayət əsasında əməkdaşlarımızla birgə qeyd edilən ünvana yollandıq.
Tofiq İsmayılov küçəsinin sakinləri XXI əsr olmasına baxmayaraq isinmək üçün hələ də odundan istifadə edirlər.
Sakinlərin sözlərinə görə məsələ ilə bağlı aidiyyatı qurumlara yazılı və şifahi müraciət etmələrinə baxmayaraq hər dəfə onlara yalan vədlər verilir.
Sakinlər onu da bildirir ki , qaz xəttlərinin dövlət hesabına çəkilməsi nəzərdə tutulduğu halda onlardan 4000 min manat vəsait tələb olunur və onların buna maddi imkanı yoxdur. Biz də məsələyə aydınlıq gətirmək məqsədilə Ağsu rayon qaz istismarı idarəsi və icra hakimiyyətilə əlaqə saxladıq. Hər iki qurum bu məsələnin “Azəriqaz” istehsalat birliyinə aid olduğunu bildirdi. Biz də adıçəkilən qurumla əlaqə saxlamağa çalışdıq lakin zənglərimizə cavab verən olmadı. Bu məsələni diqqətdə saxlayaraq sizin də nəzərinizə çatdıracağıq.
BOLGEXEBER.COM