BolgeXeber.Com » BÖLGƏ TV » Odessada azərbaycanlıların iki restoranı yandırıldı - (Video)

Odessada azərbaycanlıların iki restoranı yandırıldı - (Video)

8-04-2015, 18:29
Oxunub: 2 907 Odessada azərbaycanlıların iki restoranı yandırıldı - (Video)Ukraynanın Odessa şəhərində azərbaycanlılara məxsus iki restoran – “Sultan” və “Abşeron” restoranları yandırılıb

Virtualaz.org “TSN” telekanalına istinadən xəbər verir ki, restoranlar müvafiq olaraq Akademik Qluşko küçəsi və Böyük Fontanın yeddinci stansiyasında yerləşir.

“Sultan”ın yanması haqqında məlumat xilasetmə orqanlarına 04:15 radələrində daxil olub. 6 yanğınsöndürən maşını hadisə yerinə 10 dəqiqə sonra gəlsə də, yanğını söndürmək mümkün olmayıb və birmərtəbəli obyekt yanıb. Ölən və xəsarət alan olmayıb.

“Abşeron”dakı yanğınla əlaqədar olaraq isə zərərçəkənlər barədə məlumat verilmir.

Hər iki yanğın faktı ilə bağlı araşdırmalara başlanılıb.

BOLGEXEBER.COM