Balakəndə bu insanların boyu görənləri heyrətləndirir – VİDEO
9-04-2015, 15:53
Oxunub: 3 892
Balakəndə yaşayan Muradovlar ailəsi xüsusi qabiliyyətləri ilə seçilir. Ailə üzvləri xüsusi bacarıqları olmaqla yanaşı, nümunəvi davranışları ilə də fərqlənir
Balakənin Gərəkli kəndində yaşayan bəstəboylular ailəsi təkcə boylarının həddən artıq kiçik olması ilə deyil, həm də qeyri-adi istedadları ilə fərqlənir.
Muradovlar ailəsində ata Mürsəl Muradov və iki qız övladı bəstəboyludur. 55 yaşlı ailə başçısının boyu 128, qızlarından birinin isə 108 santimetr, digər qızının boyu isə atası ilə eyni ölçüdədir.
Fiziki cəhətdən tam sağlam olmayan Mürsəl Muradov II qrup əlildir və buna görə dövlətdən müavinət alır. Amma ailəsinin tələbatını tam ödəmək üçün Mürsəl öz şəxsi təsərrüfatında əkin-biçin işləri görür. Bununla belə o, xüsusi məharəti ilə də diqqət çəkir.
“Xüsusi bacarığım var. Eyni zmanda idmanla da məşğul oluram. Dişlərimlə ağırlıq daşları qaldırıram”, – deyə Mürsəl Muradov bildirib.
Ailənin bəstəboy qızları Günay və Günel məktəbdə əla qiymətlərlə oxuyur. 14 yaşlı Günayın isə qeyri-adi istedadı var. O, həm sağ, həm də sol əllə eyni anda yazmaq qabiliyyətinə malikdir.
Bəstəboylular ailəsi təkcə bacarıqları ilə deyil, elə nümunəvi davranışları ilə də kənddə ad qazanıblar.
“Öz əllərinin zəhmətilə yaşayırlar. Çox mehriban, xoş bir ailədir. Qonşularla da yaxşı yola gedirlər. İnsan adamlardır”, – deyə kəndin icra nümayəndəsi Rəşad Qabilov bildirdi.
Mürsəl Muradov boylarının balaca olmasına baxmayaraq təsərrüfat işlərində qızlarının da ona kömək etdiyini söyləyir.ans
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər