BolgeXeber.Com » BÖLGƏ TV » Qazaxda sensasion dələduzluq faktı ilə bağlı ŞOK TƏFƏRRÜAT(VİDEO)

Qazaxda sensasion dələduzluq faktı ilə bağlı ŞOK TƏFƏRRÜAT(VİDEO)

10-04-2015, 10:53
Oxunub: 2 853 Qazaxda sensasion dələduzluq faktı ilə bağlı ŞOK TƏFƏRRÜAT(VİDEO)Sakinlərin adına kredit götürən bağça müdiri bunu bankın təkidilə etdiyini iddia edir

Qazağın Xanlıqlar kəndinin bir qrup sakinin adına rayondakı bank filialları vasitəsilə ümumi dəyəri 103 min manatdan çox olan kreditlər rəsmiləşdirilib. Ziyançəkən şəxslər deyir ki, kənd uşaq bağçasının müdiri Xatirə Əsgərova oğluna ev alacağı adı ilə həmkəndlilərinin adına müxtəlif banklardan kreditlər götürüb. Əksər şəxslərin adına azı 3-4 fərqli banka kredit rəsmiləşdirilib.

Xanlıqlar kənd sakini Əminə Hüseynova deyir ki, bankdan kreditə pul götürməyi, sadəcə olaraq sənədlər qol çəkib, amma götürməyib.

Kənd sakinləri adlarına saxta yollarla kredit yazanların 200 nəfərə yaxın olduğunu iddia edir. Banklar isə kreditini ödəməyən şəxsləri məhkəməyə verib və pensiya, o cümlədən maaşlarından məcburi şəkildə tuturlar.

“Banklara ödənişi kənd uşaq bağçasının müdiri Xatirə Əsgərova tərəfindən həyata keçirilirdi. 2012-ci ildə bankdan götürdüyüm kreditin müddəti 2014-cü il avqus ayıda bitirdi. İyun ayında bankdan mənə məktub gəlib ki, kredit pul ödənilməyib”, – deyə Xanlıqlar kənd sakini Aybəniz Nəsibova qeyd edib.

Adı vətəndaşların etibarından sui-istifadədə hallanan bağça müdiri də danışdı. Xatirə Əsgərova deyir ki, kredit verən bank filialın rəhbəri özü müştəri cəlb etməsini ondan xahiş edib. Qrup halında götürlən kreditorlar borcunu ödəməyib rayonu tərk edəndə isə o bank filialının təkidilə yeni qurban müştəriləri banka cəlb edib.

“Bunların kreditləri ödənməyəndə bankın müdiri məni yanına çağırdı və təkidilə mənə bildirdi ki, təcili olaraq yeni müştəriləri banka cəlb etməlisən. Tələb edirəm ki, bankın kameralarına baxış keçirilsin. Bu gün hamı bir nəfər ki, bəyan edir ki, sənədlərə qol çəkdik, amma pul götürmədik. Pul bankın kassasında qaldı”, – deyə Xanlıqlar kənd uşaq bağçasının müdiri Xatirə Əsgərova bildirib.

Adıçəkilən bank filialının rəhbəri isə bildirir ki, kredit götürənlər özləri şəxsən mürəciət edib və kassadan pulları da özləri götürüblər.

Kredit verən bank filialının müdiri Məzahir Mirzəyev qeyd edir ki, bu gün bir nəfər kimsənin əvəzindən imza ata, sonra da pul kiməsə ver deyə bilməz, çünki bu mümkü olmayan prosesdir.

Qazax Rayon Polis Şöbəsindən verilən məlumata görə, məsələ ilə bağlı dələduzluq maddəsilə cinayət işi açılıb. Pulları mənimsəyən Pərvanə Səfərova adlı qadın barəsində axtarış elan olunub.

Bağça müdirilə bağlı isə istintaq hərəkətləri davam etdirilir. Onun əməlinə kifayət qədər sübut toplandıqdan sonra hüquqi qiymət veriləcək.ans