BolgeXeber.Com » BÖLGƏ TV » Yol polisinin inanılmaz özbaşınalığı - (Video)

Yol polisinin inanılmaz özbaşınalığı - (Video)

11-04-2015, 13:08
Oxunub: 2 949 Yol polisinin inanılmaz özbaşınalığı - (Video)Sosial şəbəkələrdə Dövlət Yol Polisi (DYP) əməkdaşlarının yol hərəkəti qaydalarını kobud şəkildə pozmasını əks etdirən videogörüntü yayılıb.

Virtualaz.org saytı xəbər verir ki, həmin videokadrlarda 10 YP 414 dövlət nömrə nişanlı DYP maşınının yol hərəkəti qaydalarını pozması və digər sürücülərə təhlükə yaratması anları görünür.

Videonu sosial şəbəkələrdə palyaşan şəxs deyir ki, DYP maşını yolun piyadalar üçün nəzərdə tutulan xüsusi işarəli hissələrində (“zebra”) də kobud qayda pozuntusuna yol verib. Beləliklə, piyadalar üçün də təhlükəli vəziyyət yaradıb.

DYP əməkdaşlarının digər ciddi qayda pozuntusu isə sürətlə hərəkət edən avtomobili qoşa xətt üzərində qəfildən geriyə döndərmələri olub. Bununla da yolun hər iki tərəfi ilə hərəkətdə olan digər maşınlara təhlükə, aşkar qəza vəziyyəti yaradıb. Hadisə Hüseyn Cavid prospektində baş verib.

Qeyd edək ki, yol polisi əməkdaşlarının yol hərəkəti qaydalarını bu cür kobudcasına pozması faktı birinci dəfə deyil qeydə alınır.
BOLGEXEBER.COM