BolgeXeber.Com » BÖLGƏ TV » Tikintidə xəsarət alan fəhlə kompensasiya ala bilmir (VİDEO)

Tikintidə xəsarət alan fəhlə kompensasiya ala bilmir (VİDEO)

15-04-2015, 09:31
Oxunub: 3 448 Tikintidə xəsarət alan fəhlə kompensasiya ala bilmir (VİDEO)Tikinti rəhbəri isə fəhlənin notarial qaydada şirkətdən tələbi olmadığına dair sənəd verdiyini deyir

Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 1-ci keçid, ev 165-də kirayə yaşayan Elşən Salmanov 4 ildir ki, əmək qabiliyyətini itirib. Səbəbsə 2011-ci ildə çoxmərtəbəli binalardan birində fəhlə işləyərkən yıxılaraq xəsarət almasıdır. Dediyinə görə, qaldırıcı kranın səhvi uzündən o, binanın 7-ci mərtəbəsindən yerə yıxılıb. İş yerindən onu şəxsi maşınla özəl xəstəxanalardan birinə aparıblar.

Müsahibim bir barmağını itirməklə yanaşı baş və bədən nahiyyəsindən aldığı xəsarətlərdən də müalicə olunub. Tikinti rəhbərliyi zərərçəkmişin 8 aylıq müayinə haqqını ödəyib. İndisə sağ ayağında damarının qısa, olması səbəbindən o, işləyə bilmir. İki övlad sahibi olan Elşən Salmanov yalnız ikinci qrup əlil olduğu üçün aldığı müavinatla dolanır. Əvvəlki iş yerindən də ona heç bir köməklik göstərilmir.

“Çoxmərtəbəli binanın 7-ci mərtəbəsində 4 nəfərlə birlikdə çalışırdıq. Bu zaman qaldırıcı kranın səhvi uzündən 7-ci mərtəbədən aşağı düşdüm və ayağımdan ağır xəsarət aldım. Şahidlərin söylədiyinə görə, həmin vaxt iki saat huşsuz vəziyyətdə yerdə qalmışam. Sonradan əraziyə təcili tibbi yardım çağrılıb. Müdiriyyət isə təcili yardım avtomobilin tikinti sahəsinə daxil olmasına icazə verməyərək səhiyyə işçilərinə bildirib ki, tikintidə heç bir hadisə baş verməyib. Ondan sonra məni şəxsi maşınla özəl xəstəxanalardan birinə aparıblar”, – deyə şikayətçi Elşən Salmanov bildirib.

Bundan sonra onunla birlikdə Gülarə Qədirbəyova küçəsində yerləşən tikinti şirkətinin ofisinə yollandıq. Əvvəlcə xanım qapıdan bizi içəri buraxmaq istəmədi.

Daha sonra MMC-nin icraçı direktoru məsələyə müdaxilə etdi. İcraçı direktor İmdad Dursunovun müsahibimlə söhbəti zamanı məlum oldu ki, sən demə şikayətçi Elşən Salmanov vaxtilə MMC-yə olan tələblərindən imtina edib. Amma bu fikirlə razılşmayan şikayətçilə icraçı direktor arasında mübahisə baş verdi.

İmdad Dursunov bildirdi ki, şikayətçi Elşən Salmanova bir dəfəlik kompensasiya ödənilib. Əlavə olaraq ona müayinə pulu da verilib. Bütün bunlardan sonra şikayətçi notarial qaydada təsdiqləmiş halda dilindən izahat yazıb ki, artıq mənim sözügedən şirkətə qarşı heç bir tələbim yoxdur. Buna fakt olaraq direktor bizə yazılı şəkildə olan sənədi də göstərdi.

“Bu hadisə mən tikintiyə rəhbər təyin olumdan öncə baş verib. Buna baxmayaraq hadisə ilə bağlı kifayət qədər məlumatlıyam. Belə ki, bir müddən öncə Elşən Salmanova məsələ ilə əlaqədar olaraq prokuraturaya müraciət etmişdi. Məlumatlar əsasında prokuratura araşdırma apardı və şikayətçi notarial qaydada təsdiqləmiş halda dilindən izahat yazdı ki, artıq mənim sözügedən şirkətə qarşı heç bir tələbim yoxdur”, – deyə icraçı director İmdad Dursunova qeyd edib.

Bundan başqa müsahibim onu da bildirdi ki, Elşən Salmanovun 7-ci mərtəbədən yıxlması faktı düzgün deyil.

Fakta bağlı Nərimanov Rayon Prokurorluğunda da işə lazımı qaydada baxılıb və onun şikayəti əsassız sayılıb.ans