Kürdəmirdə at əti satan şəxs danışdı - “Gözəl əti var” (VİDEO)
16-04-2015, 20:37
Oxunub: 4 501
Kürdəmirdə qanunsuz at əti kəsimi ilə məşğul olan şəxs saxlanılıb
BOLGEXEBER.COM APA TV-yə istinadən xəbər verir ki, Kürdəmir rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən aparılan reyd zamanı rayonun Xınıslı kəndində həmin kənd sakini Anar Bağırovun qanunsuz şəkildə öz həyətində iki at kəsərək insanlara mal əti adı altında satması faktı aşkarlanıb.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, “qəssab” öz həyətində atların kəsilib soyulması üçün xüsusi qurğular qurub. Baxış zamanı həmin iki at soyulub ağacdan asılmış vəziyyətdə aşkarlanıb. “Qəssab” əvvəllər bu işlə məşğul olmadığını bildirsə də, həmin atları rayonun digər kəndlərindən aldığını və kəsərək Bakı şəhərində sakinlərə mal əti adı ilə satmaq istədiyini etiraf edib:
"Qaraciyər serrozuyam, bu məqsədlə eləmişəm. Birinci dəfə idi kəsirdim. Bunu elədim ki, dərmanımı alım. Qanunsuz olduğunu bilmirdim. Amma gözəl də əti var. Peşmanam. Bir də eləmərəm".
Ətlər isə Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən müsadirə olunaraq Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Kürdəmir Rayon Baytarlıq idarəsinin rəisi Mehman Nəsirov bu cür reydlərin mütəmadi olaraq keçiriləcəyini qeyd edib:
"Baxış keçirilən zaman müəyyən edilib ki, Anar iki baş atı kəsərək satış üçün hazırlayıb. Belə halların qarşısını almaq üçün bütün vətəndaşlara müraciət edirəm ki, baytar həkimlərə hüquq mühafizə orqanlarına müraciət etsinlər. Çünki belə hallar vətəndaşların məlumatları əsasında müəyyən edilir".
Anar Bağırovun əvvəllər də bu işlə məşğul olub-olmadığını dəqiqləşdirmək üçün araşdırmalar aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər