BolgeXeber.Com » BÖLGƏ TV » Sumqayıtlılar millət vəkillərini axtarır-VİDEO

Sumqayıtlılar millət vəkillərini axtarır-VİDEO

12-08-2015, 09:52
Oxunub: 5 435 Sumqayıtlılar millət vəkillərini axtarır-VİDEOSumqayıt sakinləri deputatlarını tanımır...

BTV paytaxt və bölgələrdə “Deputat və seçici” adlı layihəsinin sorğusunu bu dəfə Sumqayıt şəhərində davam etdirib. Gəlin görək Sumqayıt sakinləri necə, yaşadıqları ərazi üzrə seçdikləri millət vəkilini tanıyırmı?Sorğumuzu Sumqayıt 41 və 43 saylı seçki dairələri üzrə apardıq və göründüyü kimi hər iki ərazinin sakinləri demək olar ki , eyni cavabları səsləndirdi . Hər iki ərazinin sakinləri öz millət vəkillərinin adlarını eşidib lakin bu 5 il ərzində bir dəfə də olsun üzlərini görmədiyini söyləyir. Aydın məsələdir ki , belə olan halda hansısa problemin həllindən söz gedə bilməz.Biz də sorğumuzun şəffaf və qərəzsiz sonlanması məqsədilə adıçəkilən hər iki millət vəkili ilə əlaqə saxlamağa çalışdıq. İlk olaraq Leyla Abdullayeva ilə əlaqə saxladıq, lakin zənglərimizə cavab verən olmadı. Daha sonra digər millət vəkili - 43 saylı seçki dairəsindən seçilən Muxtar Babayevlə əlaqə saxladıq və suallarımızı onun köməkçisi Fərid Dəmirov cavablandırdı. O bildirdi ki, görülən işlərimiz çoxdur və bunu faktlarla sübut edə bilərlər. Biz BTV olaraq hər iki millət vəkillinin mövqeyini dinləyib ,söylənən faktları işıqlandırmağa hazırıq.

BOLGEXEBER.COM