BolgeXeber.Com » BÖLGƏ TV » Kürdəmirin millət vəkili "yoxa çıxıb"-VİDEO

Kürdəmirin millət vəkili "yoxa çıxıb"-VİDEO

28-07-2015, 16:45
Oxunub: 4 024 Kürdəmirin millət vəkili "yoxa çıxıb"-VİDEOSorğunun nəticəsindən aydın görünür ki , Kürdəmir rayon sakinləri Fərhad Qəribovun adını eşidib , lakin üzünü görməyib

Əksəriyyəti isə millət vəkillərinin kim olmasından ümümiyyətlə , xəbərsizdirlər. BTV olaraq biz də söylənilən bütün ittihamlara aydınlıq gətirmək üçün Fərhad Qəribovla əlaqə saxlamaq istədik lakin cəhdlərimiz boşa çıxdı. Biz millət vəkilinin münasibətini öyrənib işıqlandırmağa hazırıq. Xatırladaq ki , Fərhad Həsən oğlu Qəribov 2010-cu ildə keçirilən parlament seçkilərində Kürdəmir rayon üzrə 57 saylı seçki dairəsindən 69,18% səslə qalib gəlib.
BOLGEXEBER.COM