BolgeXeber.Com » BÖLGƏ TV » İmişli sakinləri millət vəkilini tanıyırlarmı? - SORĞU

İmişli sakinləri millət vəkilini tanıyırlarmı? - SORĞU

27-04-2015, 16:16
Oxunub: 3 075 İmişli sakinləri millət vəkilini tanıyırlarmı? - SORĞUBir çox millət vəkillərindən fərqli olaraq Çingiz Qənizadə sakinlərin problem və qayğılarını daim diqqətdə saxlayır

Xəbər verdiyimiz kimi artıq aprel ayından etibarən paytaxtda və bölgələrimizdə “Deputat və seçici ” adlı layihəmiz start götürüb . Layihə başladığı gündən bu günədək bölgələrdə bir çox yerlərdə sorğumuzu apararaq müxtəlif cavablar almışıq. BTV olaraq bu dəfə isə sorğumuzu İmişli rayonunda həyata keçirdik . Gəlin görək rayon sakinləri öz seçdiyi millət vəkilini tanıyırmı? Sorğunun nəticəsindən aydındır ki , sakinlər Çingiz Qənizadəni tanımaqla yanaşı , Sakinlər millət vəkilinin mütamadi olaraq rayona səfər etdiyini və sonların problemlərini dinlədiyini söyləyirlər. Biz də sorğumuzun şəffaf və qərəzsiz sonlanması məqsədilə Çingiz Qənizadə ilə əlaqə saxladıq . Ölkə xaricində işgüzar səfərdə olmasına baxmayaraq millət vəkili suallarımızı cavablandırdı.Bir çox millət vəkillərindən fərqli olaraq Çingiz Qənizadə sakinlərin problem və qayğılarını daim diqqətdə saxlayır. Sorğumuzun nəticəsi də elə , Çingiz Qənizadənin söylədikləri də bunlara əyan sübutdur.
BOLGEXEBER.COM