BolgeXeber.Com » BÖLGƏ TV » Yolkəsənlik edən nəqliyyat müfəttişlərindən yeni video

Yolkəsənlik edən nəqliyyat müfəttişlərindən yeni video

28-04-2015, 19:27
Oxunub: 2 155 Yolkəsənlik edən nəqliyyat müfəttişlərindən yeni videoTəqib zamanı nəqliyyat müfəttişləri yolda hərəkətə manne olur və digərlərinə qəza şəraiti yaradırlar

Bir neçə gün əvvəl nəqliyyat müfəttişlərinin «QAZ-24» markalı avtomobili təhlükəli şəkildə təqib etməsini, yolda başqaları üçün qəza şəraiti yaratmasını və nəhayət, az qala «24»ü «Kamaz»ın altına salmalarını əks etdirən video yayılmışdı. Oxucular tərəfindən Avtosfer.az-a göndərilən növbəti videoda nəqliyyat müfəttişlərinin bu dəfə ağır yük maşınını təqib etmələri əksini tapıb. Videodan görünür ki, nəqliyyat müfəttişlərinin idarə etdiyi iki minik maşını «Kamaz» markalı yük avtomobilini əhatəyə alaraq təqib edir. Onlardan biri yük maşının qarşısını kəsməyə çalışır. Lakin yük maşını hərəkəti davam etdirir. Təqib zamanı nəqliyyat müfəttişləri yolda hərəkətə manne olur və digərlərinə qəza şəraiti yaradırlar.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyə görə, nəqliyyat vasitələrini yalnız polis və digər hüquq-mühafizə orqanlarının əməkdaşları zəruri hallarda və konkret fakt əsasında təqib edə bilər. Nəqliyyat müfəttişlərinə, ümumiyyətlə, belə bir səlahiyyət verilməyib.
BOLGEXEBER.COM nəqliyyat «qoçuları»nın yollarımızdakı növbəti şousunu əks etdirən videonu təqdim edir.