BolgeXeber.Com » BÖLGƏ TV » Qazdığı quyudan neft çıxdı - Sabirabadda

Qazdığı quyudan neft çıxdı - Sabirabadda

29-04-2015, 14:07
Oxunub: 2 664 Qazdığı quyudan neft çıxdı - SabirabaddaSabirabad sakini həyətinə çəpər çəkərkən qazdığı quyudan neft çıxıb


Sabirabad sakini həyətinə çəpər çəkərkən qazdığı quyudan neft çıxıb.Bu barədə icra nümayəndəliyinə müraciət ediblər.

Dirək basdırmaq üçün qazdığı quyudan neft çıxıb.

Hadisə Sabirabadda baş verib.Rayonun Çığırğan kəndində yaşayan Yaqub Bəşirov həyətdə çəpər çəkərkən dirək basdırmaq üçün bir neç quyu qazıb. Quyuların birindən mazut qoxusu yayılmağa başlasa da o, buna əhəmiyyət verməyib.

Ancaq bir müddət sonra quyudan gələn qoxunun daha da güclənməsi Yaqub Bəşirov kimi kənd sakinlərinin də marağına səbəb olub.

Onlar yaxınlıqda hər hansı bir neft quyusunun olmadığını və həmin qazılan quyunun yerləşdiyi yerin də əvvəldən yaşayış yeri olduğunu bildirilər. Həyət sahibi mütəxəssislərin baxış keçirməsini gözləyir.