BolgeXeber.Com » BÖLGƏ TV » Abşeron inkişaf edir-VİDEO

Abşeron inkişaf edir-VİDEO

30-04-2015, 12:09
Oxunub: 3 992 Abşeron inkişaf edir-VİDEOAzərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində ölkənin hər yerində müşahidə olunan sosial-iqtisadi tərəqqi Abşeron rayonunu da əhatə edib

Abşeronda Xırdalan şəhəri başda olmaqla , rayonun bütün kənd və qəsəbələrində geniş yenidənqurma, tikinti-quruculuq və abadlıq işləri aparılıb, infrastruktur layihələri həyata keçirilib, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb. 2006- cı ildən şəhər statusu almış Xırdalanda işıqlandırma sistemi təzələnmiş, yeni parklar və bağçalar salınmışdır. Şəhərin mərkəzində yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yenidənqurma işləri yüksək səviyyədə görülərək , parkın ərazisi tamamilə yenidən qurulub. Hal-hazırda Abşeron rayonu ən çox abadlıq-bərpa, tikinti-quruculuq işlərinin aparıldığı rayonlardan biridir. Rayon sakinlərinin razılığına səbəb olan quruculuq tədbirləri Abşeron rayonunun bütün kənd və qəsəbələrində aydın şəkildə hiss olunur. Ümumiyyətlə, Abşeron rayon icra başçısı Zakir Fərəcov rayonda əsaslı dəyişiklik edib və bu sakinlər tərəfindən müsbət qarşılanır.Belə ki, Abşeron rayonu Zakir Fərəcovun şəxsən nəzarəti altında aparılan abadlıq və yenidənqurma işləri sistemli və mərhələli şəkildə həyata keçirilib.Abşeron rayonunda- elə təkcə Xırdalan şəhərində görülən abadlıq-quruculuq işləri onu deməyə əsas verir ki, bu gün Abşeron özünün çiçəklənən, inkişaf edən dövrünü yaşayır.
BOLGEXEBER.COM