BolgeXeber.Com » BÖLGƏ TV » Masallı sakinləri millət vəkilini tanıyırmı?-VİDEO

Masallı sakinləri millət vəkilini tanıyırmı?-VİDEO

30-04-2015, 18:18
Oxunub: 3 885 Masallı sakinləri millət vəkilini tanıyırmı?-VİDEOMasallı rayon sakinləri Nəriman Əliyevi tanımaqla yanaşı həm də onun rayonda gördüyü işləri xüsusi vurğulayırlar

Artıq 1 aydır ki,start götürən “Deputat və seçici ”layihəmiz uğurla davam edir və biz bu layihə çərçivəsində bölgələrdə bir çox yerlərdə sorğumuzu apararaq müxtəlif cavablar almışıq . Bu dəfə isə yolumuz Masallı rayonunadır. Görək rayon əhalisi öz seçdikləri millət vəkilini tanıyırmı? Göründüyü kimi Masallı rayon sakinləri Nəriman Əliyevi tanımaqla yanaşı həm də onun rayonda gördüyü işləri xüsusi vurğulayırlar. Sorğumuzun sonunda Nəriman Əliyevlə əlaqə saxladıq və suallarımızı onun köməkçisi Mirnizam Vahabov telefon vasitəsilə cavablandırdı. BTV–yə açıqlama verən Mirnizam Vahabov hazırda Masallı rayonuna sakinlərlə görüşə yollandıqlarını söylədi. Qeyd edək ki,Nəriman Əliyev 2010-cu ildə keçirilən parlament seçkilərində Masallı rayon 70 saylı seçki dairəsindən 85.72 səs faizi ilə millət vəkili seçilib.
BOLGEXEBER.COM