BolgeXeber.Com » BÖLGƏ TV » Tərtər sakinləri mətbuatda gedən yazılara etiraz edir-VİDEO

Tərtər sakinləri mətbuatda gedən yazılara etiraz edir-VİDEO

4-05-2015, 17:24
Oxunub: 3 412 Tərtər sakinləri mətbuatda gedən yazılara etiraz edir-VİDEO "Tərtər günü-gündən abadlaşır , gözəlləşir. Rayona gələn qonaqlar da hər zaman məmnunluğunu bildirir”

Bir müddət əvvəl bəzi mətbu orqanlarda Tərtər rayonu haqda ziddiyətli məlumatlar yayımlanmışdı. Söylənənlərlə razılaşmayan bir qrup sakin mətbuatda gedən bu yazılara öz etirazını bildirir. Onların sözlərinə görə, vaxtaşırı mətbuatda Tərtər rayonu və onun rəhbərliyənə qarşı bu cür məqsədyönlü, qarayaxma xarakterli yazılar dərc olunur .
“ Tərtər günü-gündən abadlaşır , gözəlləşir. Rayona gələn qonaqlar da hər zaman məmnunluğunu bildirir ” ,– bu sözləri BTV-yə müsahibəsində Tərtər rayon “ Ağsaqqallar Şurası ”nın sədri Qədir Allahverdiyev bildirib.
Eyni zamanda sakinlər də mətbuatda gedən böhtan xarakterli yazılara etirazını bildirir və söylənilənlərin rayondakı reallığı əks etdirmədiyini vurğulayır. Sonda rayon sakinləri ölkə mətbuatına müraciət edərək, Tərtər haqqında hər hansı yazı dərc edərkən reallığı göz önünə almağı və obyektivliyi qorumağı xahiş ediblər.
BOLGEXEBER.COM