BolgeXeber.Com » BÖLGƏ TV » Cəlilabad rayon sakinləri millət vəkilini tanıyırmı?-VİDEO

Cəlilabad rayon sakinləri millət vəkilini tanıyırmı?-VİDEO

6-05-2015, 20:50
Oxunub: 2 728 Cəlilabad rayon sakinləri millət vəkilini tanıyırmı?-VİDEOGöytəpə sakinləri Fəzail İbrahimlini tanımaqla yanaşı , həm də onun rayonda gördüyü işləri xüsusi vurğulayır

Xəbər verdiyimiz kimi aprel ayından etibarən “ Deputat və seçici ” adlı layihəmiz start götürüb . Lahiyə çərçivəsində biz bir çox bölgələrdə sorğumuzu apararaq hər dəfə müxtəlif cavablar almışıq. Bu dəfə BTV-nin yolu yolu Cəlilabad rayonunadır. Görək sakinlər 69 saylı Cəlilabad- Masallı-Biləsuvar seçki dairəsi üzrə seçdiyi millət vəkilini tanıyırmı? Göründüyü kimi , Göytəpə sakinləri Fəzail İbrahimlini tanımaqla yanaşı , həm də onun rayonda gördüyü işləri xüsusi vurğulayır. Bütün bunlar millət vəkilinin daim seçicilərinin yanında olub, onların şikayət və problemlərini həll etməyə çalışdığının göstəricisidir. Biz sorğumuzun sonunda Fəzail İbrahimli ilə əlaqə saxladıq. Suallarımızı cavablandıran millət vəkili bildirdi ki , sakinlər istər müsbət istərsə də mənfi rəy söyləməkdə haqlıdılar. Hər iki halda istənilən fikrə hörmətlə yanaşmaq , deyilənlərdən nəticə çıxarmaq lazımdır. Sonda Fəzail İbrahimli öz seçicilərinə təşşəkürünü bildirərək , daim onların yanında olub , problemlərinin həlli istiqamətində səylə çalışacağını qeyd etdi.
BOLGEXEBER.COM