BolgeXeber.Com » BÖLGƏ TV » " Karyera + " tezliklə-VIDEO

" Karyera + " tezliklə-VIDEO

7-05-2015, 11:54
Oxunub: 2 303 " Karyera + " tezliklə-VIDEOYazar Rüfət Əhmədzadə yeni onlayn televiziya layihəsinə başlayır

Tezliklə BTV-də (Bölgə TV) gənclər üçün karyera və təhsil bələdçisi olacaq yeni layihə yayımlanacaq. “ Karyera + ” layihəsinin müəllifi və rəhbəri tanınmış yazar Rüfət Əhmədzadədir. Rüfət Əhmədzadə layihə barədə danışarkən, əsas auditoriya kimi gənclərin seçildiyini deyib. Yazarın sözlərinə görə, “ Karyera + ” həftədə bir dəfə, cümə günləri BTV-də yayımlanacaq. Verilişdə təhsil, ixtisas seçimi, bilik və bacarıqları inkişaf etdirmək, əmək müqaviləsi bağlamaq, biznes qurmaq və genişləndirməklə bağlı faydalı materiallar hazırlanacaq. Həmçinin gənclərə dünyanın və ölkənin qabaqcıl iş adamları ilə bağlı videosüjetlər də təqdim olunacaq.
BOLGEXEBER.COM