BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda yenə avtobus biabırçılığı: bu dəfə tüstülədi - VİDEO

Bakıda yenə avtobus biabırçılığı: bu dəfə tüstülədi - VİDEO

8-05-2015, 14:21
Oxunub: 2 736 Bakıda yenə avtobus biabırçılığı: bu dəfə tüstülədi - VİDEOBakıda sərnişinlə dolu avtobusların birində yenə də nasazlıq baş verib. Avtobusun tüstülədiyini görən sərnişinlər həyəcan içində avtobusdan düşüblər.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə videogörüntünü həmin avtobusun sərnişinlərindən biri olan Emin Manıyev çəkərək sosial şəbəkədə paylaşıb.

Hadisə 10 nömrəli marşrutda baş verib. 7-ci mikrorayonda - “Bolluq” bazarının yaxınlığında tüstüləyən avtobus sərnişinləri həyəcanlandırıb. Sərnişinlər panika içində avtobusu tərk edib. Daha sonra sürücü avtobusa baxış keçirib və heç bir nasazlığın olmadığını deyib.

Bakıda yenə avtobus biabırçılığı: bu dəfə tüstülədi - VİDEO
Bəzi sərnişinlər avtobusa minməkdən imtina etsə də əksəriyyəti yenidən avtobusa minərək yollarına davam ediblər.

Qeyd edək ki, 3 qapılı “DAEWO” markalı bu avtobuslar Bakıya gətiriləndən bir müddət sonra “axsaq” avtobuslar kimi diqqət çəkməyə başladı. Sərnişini çox olduqda yan gedən bu avtobuslar Bakı sakinləri üçün həmişə təhlükə mənbəyi olub.