BolgeXeber.Com » BÖLGƏ TV » Lənkəran şəhər sakinləri seçdikləri millət vəkilini tanıyırmı? -SORĞU

Lənkəran şəhər sakinləri seçdikləri millət vəkilini tanıyırmı? -SORĞU

8-05-2015, 16:54
Oxunub: 2 884 Lənkəran şəhər sakinləri seçdikləri millət vəkilini tanıyırmı? -SORĞUCavanşir Paşazadə öz seçiciləri tərəfindən tanınır və hörmətlə qarşılanır

Bildiyiniz kimi, BTV-nin paytaxt və bölgələrdə həyata keçirdiyi “Deputat və seçici” adlı layihəsi davam etməkdədir. Layihə çərçivəsində biz bölgələrdə bir çox yerlərdə sorğumuzu apararaq müxtəlif cavablar almışıq. Bu dəfə isə yolumuz paytaxtdan 272 km məsafədə yerləşən Lənkəran şəhərinədir. Görək Lənkəran şəhər sakinləri 75 saylı seçki dairəsi üzrə seçdikləri öz Millət vəkilini tanıyırmı ?
Sorğunun nəticəsindən görünür ki, Lənkəran şəhər 75 saylı seçki dairəsi üzrə seçilən Cavanşir Paşazadə öz seçiciləri tərəfindən tanınır və hörmətlə qarşılanır. Həmçinin seçicilər, sorğuda Millət Vəkilinin onlara etdiyi yardımlardan, tez-tez görüşlərindən və müəyyən problemlərinin həlli istiqamətində yol göstərməyindən də bəhs ediblər.
Millət vəkili Cavanşir Paşazadə ilə əlaqə saxladıq və o bildirdi ki, seçicilərlə görüşmək mənim borcumdur. Onların problemlərinin həll olunması, tez-tez görüşlərin keçrilməsi vəzifə öhdəliyimdir.
Sonda, Millət vəkili onu da qeyd etdi ki, həmişə olduğu kimi seçildiyim müddet ərzində yenə də seçicilərimlə vaxtaşırı görüşüb problemlərinin həlli istiqamətində dəstək göstərəcəm.
BOLGEXEBER.COM