BolgeXeber.Com » BÖLGƏ TV » Lənkəranda seçicilər Hadı Rəcəblini axtarır-VİDEO

Lənkəranda seçicilər Hadı Rəcəblini axtarır-VİDEO

11-05-2015, 16:43
Oxunub: 2 988 Lənkəranda seçicilər Hadı Rəcəblini axtarır-VİDEOAprel ayından etibarən start verdiyimiz “ Deputat və seçici ”adlı layihə uğurla davam edir

Layihə çərçivəsində komandamızla birgə paytaxtda , eləcə də bölgələrdə bir çox yerlərdə sorğumuzu həyata keçiririk . Bu dəfə BTV-nin yolu cənub bölgəsinə - Lənkəranadır.
Görək Lənkəran sakinləri 74 saylı Lənkəran kənd seçki dairəsindən seçdikləri millət vəkili Hadı Rəcəblini tanıyırmı?
Sorğumuzun nəticəsindən belə bəlli oldu ki , sakinlər Hadı Rəcəblini tanımır.
Sakinlərin səsləndirdiyi ittihamlara aydınlıq gətirmək məqsədilə Hadı Rəcəbli ilə əlaqə saxlamağa çalışdıq. İşlərinin çox olduğunu söyləyən millət vəkili bizə müsahibə verməkdən imtina etdi. O , bildirdi ki , bəzi informasiya agentlikləri istisna olmaqla , digər xəbər portallarına heç bir açıqlama vermir .
Xatırladaq ki , Hadı Rəcəbli 2010-cu ildə 83.78 səs faizi ilə 74 saylı Lənkəran kənd seçki dairəsindən millət vəkili seçilib. Onu da qeyd edək ki , millət vəkili parlamentdə səsləndirdiyi "Müəllim maaşla dolana bilmirsə, işdən sonra daş da hörsün" və bənzər “unikal” fikirlərilə tez- tez gündəmdə olur.

BOLGEXEBER.COM