BolgeXeber.Com » BÖLGƏ TV » Binəqədi sakinləri millət vəkili Oqtay Əsədovu tanıyırmı?

Binəqədi sakinləri millət vəkili Oqtay Əsədovu tanıyırmı?

12-05-2015, 18:45
Oxunub: 3 097 Binəqədi sakinləri millət vəkili Oqtay Əsədovu tanıyırmı?Xəbər verdiyimiz kimi, BTV-nin paytaxt və bölgələrdə həyata keçirdiyi “Deputat və seçici” adlı layihəsi davam etməkdədir. Layihə çərçivəsində biz paytaxt və bölgələrdə bir çox yerlərdə sorğumuzu apararaq müxtəlif cavablar almışıq. Bu dəfə isə paytaxtın Binəqədi rayonuna yollandıq. Görək Binəqədi rayon sakinləri 8 saylı I seçki dairəsi üzrə seçdikləri millət vəkilini tanıyırmı ? Görüntü
Sorğunun nəticəsindən görünür ki, Binəqədi rayon sakinləri millət vəkili, Milli Məclisin spikeri Oqtay Əsədovu tanıyır və onlar tərəfindən hörmətlə qarşılanır. Seçicilərin sözlərinə görə, Oqtay Əsədov Binəqədi rayonunda aparılan quruculuq işlərinin həyata keçirilməsində əlindən gələni əsirgəmir , sakinlərin sosial problemlərinin həllində lazımı addımlar atır.
Qeyd edək ki , Oqtay Əsədov 2010 –cu ildə keçirilən parlament seçkilərində 8 saylı Binəqədi birinci seçki dairəsindən 82,56 % səslə millət vəkili seçilib.
Bolgexeber.com