BolgeXeber.Com » BÖLGƏ TV » Azərbaycanlılar İstanbulda bir -biri ilə atışdılar - VİDEO

Azərbaycanlılar İstanbulda bir -biri ilə atışdılar - VİDEO

15-05-2015, 18:06
Oxunub: 2 966 Azərbaycanlılar İstanbulda bir -biri ilə atışdılar - VİDEOQazi Osman Paşada, küçənin ortasında yaşanan dava zamanı silahdan atəş açan şübhəli şəxs həm dalaşdığı 2 həmyerlisini, həm də həmin anda marketə alış-veriş etmək üçün girən 2 qadını yaralayıb

"A24.az"ın türk mediasına istinadən vediyi xəbərə görə, Türkiyədə yaşayan həmyerlilərimiz arasında əvvəlcə mübahisə yaşanıb. Tərəflərdən birində bıçaq, digərində isə tapança olub. İddialara görə, əlində odlu silah olan şübhəlinin arxasınca qaçan gənc oğlanlardan biri "kişisənsə, vur" deyib. O da silahdan atəş açıb və 2 həmyerlisini ayağından yaralayıb. Sadəcə onlar deyil, atışma zamanı marketdə alış-veriş edən 2 qadın da yaralanıb.

Xoşbəxtlikdən, baş verən silahlı münaqişə zamanı insan ölümü qeydə alınmayıb.
BOLGEXEBER.COM