BolgeXeber.Com » BÖLGƏ TV » Abid Şərifovun iki üzü: Rəhbərin və medianın qarşısında –VİDEO

Abid Şərifovun iki üzü: Rəhbərin və medianın qarşısında –VİDEO

25-05-2015, 09:32
Oxunub: 3 295 Abid Şərifovun iki üzü: Rəhbərin və medianın qarşısında –VİDEO“Nə dəxli var sənə?! Alabala…”

Mayın 23-də baş nazirin müavini Abid Şərifov Binəqədi rayonunda yanan binaya baş çəkib.
Prezident İlham Əliyevin yanğınla bağlı yaratdığı Dövlət Komissiyasının sədri olan Abid Şərifov Binəqədi rayonu ərazisində yanan binaya baş çəkərkən jurnalistlərə qarşı növbəti kobudluq edib.
Binanın hansı şirkət tərəfindən təmir edildiyi haqda suala cavab verən A.Şəriofov media mənsublarını təhqir edib. Baş nazirin müavini müvafiq suala cavabında “sənə nə hansı şirkətdi, pressa bunu niyə bilməlidir ki?! Alaba şirkəti, hə, sonra” deyərək növbəti qabalığına imza atıb.
Xatırlıadaq ki, vəzifəli məmurlar jurnalistlərin verdiyi bütün suallara cavab vermək məcburiyyətindədirlər. Çünki bu məcburiyyəti onların qarşısında qanun yaradır. Əks təqdirdə, həmin məmur KİV tərəfindən məhkəməyə verilir və cəzalandırılır. BOLGEXEBER.COM musavat.com-a istinadən A.Şərifovun iki halıyla bağlı video təqdim edir – baş nazirin müavini prezidentin qarşısında necə danışır, mətbuat nümayəndələrinə necə davranır.