BolgeXeber.Com » BÖLGƏ TV » Şirvan sakinləri seçdiyi millət vəkilini tanıyırmı? - VİDEOSORĞU

Şirvan sakinləri seçdiyi millət vəkilini tanıyırmı? - VİDEOSORĞU

27-05-2015, 15:57
Oxunub: 3 710 Şirvan sakinləri seçdiyi millət vəkilini tanıyırmı? - VİDEOSORĞUAzay Quliyev 2010-cu ildə keçirilən parlament seçkilərində 46 saylı Şirvan Seçki Dairəsi üzrə , 60,31 % səslə millət vəkili seçilib

Artıq bir müddətdir ki , start götürən “ Deputat və seçici ” adlı layihə uğurla davam etməkdədir. BTV komandası olaraq , bugünədək bir çox bölgələrdə sorğumuzu həyata keçirərək müxtəlif cavablar almışıq . Bu dəfə isə yolumuz Şirvan şəhərinədir. Görək sakinlər 46 saylı Şirvan seçki dairəsi üzrə seçdikləri millət vəkilini tanıyırmı ? Şirvan sakinlərinin səsləndirdiyi fikirlər onu deməyə əsas verir ki , Azay Quliyev millət vəkili seçildiyi gündən bugünədək daim öz seçicilərinin yanında olub , onların problemlərinin həllində lazımı addımlar atmağa çalışır. Millət vəkili sakinlərlə keçirdiyi görüşlərdə istər sosial , istərsə də digər problemlərin həllinə dair məsələləri Milli Məclisin və aidiyyəti dövlət qurumlarının qarşısında qaldırır . Azay Quliyevin seçicilərilə mütamadi olaraq keçirdiyi görüşlər , mətbuatda da daim işıqlandırılır.
Qeyd edək ki , Azay Quliyev 2010-cu ildə keçirilən parlament seçkilərində 46 saylı Şirvan Seçki Dairəsi üzrə , 60,31 % səslə millət vəkili seçilib. O ,Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvüdür. Millət vəkilinin ABŞ, Ukrayna, Moldova, Gürcüstan, Rusiya və digər Avropa ölkələrinin nüfuzlu elmi jurnallarında vətəndaş cəmiyyətinin qarşısında dayanan aktual problemlərin təhlilinə həsr edilən 30-dan artıq elmi məqaləsi dərc olunub. Azay Quliyev Almaniya, Böyük Britaniya, Fransa, Türkiyə, Macarıstan, Gürcüstan, Rusiya, Avstriya, Serbiya və digər ölkələrdə Qarabağ probleminin ədalətli həlli , insan hüquqları, tolerantlıq və digər mövzularda keçirilən konfranslarda məruzələr edib.
BOLGEXEBER.COM